“Avroviziya”: Azərbaycan nümayəndə heyəti aprelin 27-də gedir
Bizi izləyin

Tabloid.az

“Avroviziya”: Azərbaycan nümayəndə heyəti aprelin 27-də gedir

“Avroviziya”: Azərbaycan nümayəndə heyəti aprelin 27-də gedir

“Avroviziya 2014” mahnı yarışmasında iştirak edəcək Azərbaycan nümayəndə heyəti Kopenhagenə aprelin 27-də gedir. “Media forum” saytına danışan nümayəndə heyətinin rəhbəri Hüsniyyə Məhərrəmova qrupa İctimai Televiziya nümayəndələrinin, təmsilçi Dilarə Kazımova və onunla işləyən komandanın daxil olduğunu bildirib.

Jurnalistlərə gəlincə, Hüsniyyə Məhərrəmova deyib ki, yalnız akkreditasiyadan keçən kütləvi informasiya vasitələrinin nümayəndələri Danimarkaya gedəcək. Amma nümayəndə heyətinin rəhbəri jurnalist qrupunun tərkibini açıqlamayıb.

Hüsniyyə Məhərrəmova Dilarə Kazımovanın ilk məşqinin aprelin 28-də olacağını deyib. O qeyd edib ki, bu il yarışmanı İctimai Televiziyada aparıcısı Çinarə Babayeva şərh edəcək.

Danimarkanın paytaxtında keçiriləcək “Avroviziya 2014” yarışması mayın 6-da başlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm