Bakıda beynəlxalq toplantı keçiriləcək
Bizi izləyin

Tabloid.az

Bakıda beynəlxalq toplantı keçiriləcək

Aprelin 27-də Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin VI Beynəlxalq toplantısı və I Baş Assambleyası keçiriləcək. Toplantıda Mərkəzin gördüyü işlər haqqında hesabat dinləniləcək, həyata keçirilən layihələr, qarşıda duran vəzifələr, qurumu

Aprelin 27-də Bakıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin VI Beynəlxalq toplantısı və I Baş Assambleyası keçiriləcək. Toplantıda Mərkəzin gördüyü işlər haqqında hesabat dinləniləcək, həyata keçirilən layihələr, qarşıda duran vəzifələr, qurumun gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələr aparılacaq.

Toplantıda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri - Vayra Vike-Frayberqa, İsmail Serageldin, Tarja Halonen, Emil Konstantinesku, Nazim İbrahimov, Petar Stoyanov, Giuli Alasania, Valter Fyust, Farida Allagahi, Roza Otunbayeva, Petru Luçinsku iştirak edəcək.

Qeyd edək ki, 2012-ci il sentyabrın 30-da Gəncədə dahi şair, mütəfəkkir Nizami Gəncəvi irsinin araşdırılması və onun dünyada təbliği məqsədilə yaradılmış Mərkəzin nüfuzlu Madrid Klubu ilə əməkdaşlığı çərçivəsində 2013-cü ilin mayında I Cənubi Qafqaz Forumu keçirilib. Bu il aprelin 28-29-da isə II Qlobal Müştərək Cəmiyyətlər Forumunun təşkili planlaşdırılıb.

Mərkəz Madrid Klubundan əlavə Roma Klubu, İsgəndəriyyə Kitabxanası, Dünya Elm və Mədəniyyət Akademiyası kimi beynəlxalq qurumlarla da əməkdaşlıq edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm