
Xalq artisti Təranə Vəlizadənin vaxtilə mərhum həyat yoldaşı, müğənni Eyvaz Həsənovla oxuduğu lent yazıları Qızıl Fonddan silinib.
Publika.az-ın məlumatına görə, müğənni ANS-in efirində bunun səbəbini özü də bilmədiyini deyir:
“Eyvazla mənim çoxlu duetlərim vardı. Bir dənə də olsun, lent yazımız qalmayıb, hamısı Qızıl Fonddan silinib. Dəfələrlə maraqlanmışam, amma tutarlı cavab almamışam. Elə deyiblər ki, necə olubsa, silinib”.
Cəvahir Səlimqızı