
Heydər Əliyev Mərkəzinin unikal dizaynından ilhamlanan
"Hypnotica Visual Performance" komandası bina üçün video-mapping
installyasiya yaradıb.
"White Sign" installyasiyasının süjeti Qobustan qayaüstü rəsmlər
zamanından başlayaraq, bizim günlərə qədər Azərbaycanda müxtəlif
incəsənət sahələrinin ən parlaq və əhəmiyyətli anlarına səyahət
ideyasından ibarətdir.
Möhtəşəm şounun musiqi müşayiətinin müəllifi tanınmış pianoçu və
bəstəkar İsfar Sarabskidir. "White Sign" installyasiyasının
müəllifi Cavid Quliyev, 2D rəssam və illüstratoru Aygün Həsənova,
rəssamları Ağarəhim İbrahimov, Cavid Quliyev, art direktoru Anfisa
Bessonova, texniki direktoru isə Anar Qurbanovdur.
Təşkilati dəstək "Beat Group", texniki dəstək "A+A events", Profi
Ltd, posterlərin qrafik dizaynı "FABR!CA agency", çap üzrə dəstək
isə "Stamperia Print House" şirkətinə məxsusdur.
Təşkilatlar layihənin həyata keçirilməsində yaratdığı imkana görə
Heydər Əliyev Mərkəzinə, göstərdiyi dəstəyə görə Mədəniyyət və
Turizm Nazirliyinə minnətdarlığını bildirir.
Nümayiş 27 aprel saat 22.00-da Heydər Əliyev Mərkəzində baş
tutacaq.