Uzun müddətdən bəri köpəyi Cano və pişiyi İrmanın yasını saxlayan məşhur türk müğənni Sezen Aksunun indi "Ofis" adlı pişiyi var.
Köpəyi Canodan sonra 18 yaşlı pişiyi İrma da öləndə Sezen Aksu depressiyaya qapılmışdı.
İki il əvvəl Kanlıcadakı evindən İstanbulun Anadoluhisarı səmtindəki meşəlikdə tikdirdiyi villasına köçmüş Sezen Aksu indi pişiyini bir an gözdən qoymur.
Ofis çox aktiv olduğundan müğənni 20 min dollar verərək villanın
ətrafına məftil tordan uca hasar çəkdirib./Milli.Az