Tabloid.az
Hollivud ulduzlarının təəccübləndirən qüsurları - FOTOLAR
Saatlarla televizorun qarşısında oturub Hollivud ulduzlarını izləyirik, onların gözəlliyinə həsəd aparırıq. Hər qadın onlar kimi gözəl görünmək, füsunkar qamətə, cazibədar bədənə sahib olmaq istəyir. Lakin gur işıqların altında, açıq dekolteli ziyafət paltarlarında qüsursuz görünən o gözəlçələrin də öz eyibləri var. Təəssüf ki, məşhurların “yaralarını” nə pərəstişkarların sevgisi, nə də milyonlar sağalda bilər.
Hollivudun cazibədar ulduzlarının qüsurlarını təqdim edirik:
Dünya ulduzlarının gözəllik siyahısında ilk yerlərdən birini tutan latın amerikalı gözəlçə Cenifer Lopez köklüyə meyllidir. Ulduz bud və baldır hissələrindən kökəlir. Özünün də dediyinə görə o, ayaqlarını formada saxlamaq üçün daim fitneslə məşğul olur. Yoxsa dillərə dastan gözəlliyindən və sığortalı arxasından əsər-əlamət qalmaz.
“Çarlinin mələyi” Kameron Diaz üzündəki
civzələrdən əziyyət çəkir. Hətta aknelərinin ucbatından hərdən
“Oskar” mükafatının təqdimat mərasiminə də gedə bilmir. Kameronun
üzündəki civzələri heç bir krem təmizləmir, dərisindəki bu
qüsurları dekorativ kosmetika ilə də gizlətmək
qeyri-mümkündür.
Kristina Aqulera arıq, gözəl və
cazibədar olmasına baxmayaraq, böyük qüsuru onu hər zaman
utandırır. Onun ayaqları əyridir. Bu, ulduzun valideynlərini, hətta
nənəsini belə narahat edir. Valideynlərinin "ayaqlarını gizlət"
tənbehi Kristinanı bezdirib. Müğənni bu qüsurunu aradan qaldıra
bilmədiyindən klip və foto çəkilişlərində obyektivi, adətən, üzünə
yönəldir.
Baxımlı, bədəni daim formada olan Şarliz
Teron da təbiətin ona bəxş etdiyi bir qüsurla mübarizə
aparır. Bu qədər arıq və zərif qadının buxaqdan əziyyət çəkdiyi
kimin ağlına gələr? Ulduzun çəkisi bir neçə kiloqram artan kimi
“ikinci çənə” özünü göstərir və bu qüsur ona çəkilişlərdə mane
olur.
Onun dodaqları, gözləri və cəzbedici baxışları kişilərin ağlını
başından alır, qadınlarınsa qısqanclığına səbəb olur. Lakin bu
qədər zərif və cazibədar üz cizgilərinə sahib olan Ancelina Colinin başı bədəninə nisbətən çox böyükdür.
Çiyinləri ensiz olan aktrisanın studiyada çəkilən şəkillərində çox
vaxt bədəni yox, üzü əks olunur.
Son vaxtlar kökəlib formadan düşən Britni
Spirsin isə sinəsi elastikliyini itirir. Müğənni, sinəsini
əməlliyat vasitəsilə dik saxlamağa çalışır. Amma bu, işə yaramır,
bir müddət keçəndən sonra sinə yenidən əvvəlki vəziyyətinə
qayıdır.
2000-ci ildə həyat yoldaşı Kid Rok ilə birlikdə Meksikada döymə
vurduran Pamela Andersonsağalmaz
xəstəliyə düçar olub. Səhlənkar həkim həm Kid Rokun, həm də
Pamelanın bədənində eyni iynədən istifadə edib. Nəticədə gözəlçə
“Hepatit C” xəstəliyinə tutulub. Qaraciyərinin 4 sm böyüməsi neçə
ildi, ulduzun həyatını risk altında saxlayır. Pamela sağalıb, 2
oğuldan sonra qız övladı dünyaya gətirmək arzusunda olsa da, bu
sadəcə xəyaldır. Hepatit C sağalmaz xəstəlikdir və xəstənin ömrünü
qısaldır.
“Titanik” filminin əsas qəhrəmanlarından biri - Keyt Uinslet köklükdən şikayətçidir. Aktrisa müxtəlif
pəhrizlərə, vasitələrə əl atsa da, bu qüsur onu daim narahat edir.
Gözəlçənin dərisinin ağ olması onun köklüyünü daha çox büruzə
verir.
Axşam.az
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK