Astroloji proqnoz - 28 sentyabr
Bizi izləyin

Tabloid.az

Astroloji proqnoz - 28 sentyabr

Qoç - davranışınız sərt və aqressiv olmasın. Yaxın ətrafınızdakı insanların hissləri ilə oynamayın. Kəskin açıqlamalarla münaqişə yaratmayın. Bəzi işləri zarafatla demək, bununla da sərt reaksiyanı minimuma endirmək olar.

Buğa - tələsik qərarlar pis fəsadlarla nəticələnə bilər. Axşam saatları sakit, yorucu olmayan məşğuliyyət üçündür. Qarşınızda həddən yüksək tələblər qoymayın. İşlər o qədər də pis deyil.

Əkizlər - dəyər verdiyiniz insanlarla münasibətlərin sərinləşməsinə səbəb olacaq hərəkətlər etməyin. Dəyərsiz, xoşunuz gəlməyən adamlarla sıx ünsiyyətdə olmayın. Belələrindən uzaq durun.

Xərçəng - ailə və məişət qayğılarını qulaqardına vurmayın. Peşəkar fəaliyyət müstəvisindəki ciddi problemin həllinə aktiv başlayın. Genişmiqyaslı layihənin reallaşdırılmasını ertələyin.

Şir - bilik və bacarıqların artırılması, təcrübənin zənginləşdirilməsi, yaradıcı fəaliyyət üçün münasib zamandır. Günün ikinci yarısında yaxşı gəlir və ya xoş xəbər əldə edə bilərsiniz. Bir zamanlar dəyər verdiyiniz insanla qarşılaşacaqsınız. Onunla ünsiyyətdə sonra bu adamla yolları ayırdığınıza sevinəcəksiniz.

Qız - çox əlverişli gündür. Məqsədə doğru aparan yolda yaranacaq elə bir sədd yoxdur ki, onu dəf edə bilməyəsiniz. Situasiyaların çətinliyindən asılı olmayaraq problemlərin öhdəsindən gələ biləcəksiniz.

Tərəzi - təşkilati məsələlərin axarına kənar təsirlərə və müdaxilələrə imkan verməyin. Öhdəsindən təkbaşına, müstəqil şəkildə gələ biləcəyiniz işlə məşğul olun. Axşam saatlarında alış-verişdə çox pul xərcləməyin. Uzaq yoldan imtina edin.

Əqrəb - sakit, hətta bir qədər darıxdırıcı gündür. Hadisələr çox ləng cərəyan edir. Olayların ritmini bir qədər artırmaq cəhdləriniz uğursuzluğa düçar olacaq. Bu günə təyin etdiyiniz görüşlərin bəziləri təxirə salınacaq. Narahat olmayın. Yaşananlar mühüm işlərin gedişatına təsir etməyəcək.

Oxatan - özünüzə əmin davranın. Yaxşı əhval-ruhiyyə və nikbinlik mövqelərinizi daha da gücləndirə bilər. Yeni tanışlarla səmimi davranın. Axşam saatlarında yaxşı təkliflər alacaqsınız.

Oğlaq - ifrata varmayın. Ehtiyac yaranan zaman güzəştə getməyi bacarın. Bu gün sizinlə manipulyasiya etməyə çalışan adamlar var. Başqalarının məqsəd və istəklərinin oyuncağına çevrilməyin.

Dolça - maraqlarınızı müdafiə edin. Azacıq təsirdən sonra geri çəkilməyin, məğlubiyyətə meylli olmayın. Mövqelərinizi sonadək müdafiə etsəniz, yaxın ətrafınızdakı insanların rəğbətini qazanacaqsınız.

Balıqlar - işlərinizdə irəliləyişə nail olmaq üçün yaxın ətrafınızdakı insanların dəstəyindən yararlana bilərsiniz. Axşam saatlarında aktiv istirahətə üstünlük verin. Təxəyyülünüzü işə salın. Sevdiyiniz insanı sevindirin.

Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm