"Məni yox etmək istəyirlər"- Mətanət
Bizi izləyin

Tabloid.az

"Məni yox etmək istəyirlər"- Mətanət

Əməkdar artist Mətanət İsgəndərli “Xəzər” telekanalında yayımlanan “5/5” verilişinin qonağı olub.

“Qafqazinfo”nun Axşam.az-a istinadən məlumatına görə, müğənni haqqında yayılan “narkotik maddə istifadə edir” sözlərinə açıqlama gətirib və bu şayiəni onun paxıllığını çəkənlərin yaydığını iddia edib:

“Mənə paxıllıq edirlər. İlk dəfədir belə kəlmə işlədirəm. Həmişə həmkarlarım çıxıb bu sözü deyəndə onları qınayıram. Cılız sözdür. Amma tamaşaçılardan üzr istəyərək bu ifadəni işlədirəm. Məni yox etmək istəyirlər, itib-batmağımı arzulayırlar. İstəyirlər, məni xalqın gözündən salsınlar. Amma yalan ayaq tutur, yerimir. 25 ildir sənətdəyəm, xalqın gözü önündəyəm. Bakı balaca şəhərdir, hamı yaxşı bilir, kim nəylə məşğuldur. Bu xəbərə əvvəl çox güldüm, amma sonra ağladım”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm