
“Artıq sənin evdə tək qalmağın doğru deyil. Ya sən bizə köç, ya da mən sizdə qalım”.
Uzun müddət xəstəxanada müalicə olunduqdan sonra normal həyata qayıdan türk aktyoru Nejat İşlerdən xoş xəbər var.
Xəstəxanadan
çıxdıqdan sonra ilk olaraq keçmiş sevgilisi olan aktrisa
Berrak Tüzünataçla
görüşən aktyor evlilik fikrində olduğunu bildirib. Cütlüyün yaxın
dostları İşler və Tüzünataçın yay aylarında evlənəcəklərini
bildiriblər.
Nejatın çətin
günlərində onun yanında olan sevgilisi hər gün onu ziyarət edib.
Adi həyata qayıtdıqdan sonra isə aktyorun Berrak ilə evlənmək
istədiyi barədə xəbərlər yayılmağa başlayıb. Ötən gün görüşən
sevgililər maraqlı gün keçiriblər. Bundan əlavə olaraq Berrak:
“Artıq sənin evdə tək qalmağın doğru deyil. Ya sən bizə köç, ya da
mən sizdə qalım” deyib. Bu fikir Nejatın xoşuna gəlib və o razılıq
verib.
Xatırladaq ki,
Nejat Bodrumda istirahət etdiyi zaman özünü pis hiss edərək
xəstəxanaya yerləşdirilib. Daha sonra İsə İstanbula gətirilən
sənətçi 3,5 ay reanimasiya şöbəsində müalicə
alıb./anspress