Aşıq Namiq 20 yanvar günü toyda oxuyan Tellini qınadı: "Qanında türk qanı axan birisi..."
Bizi izləyin

Tabloid.az

Aşıq Namiq 20 yanvar günü toyda oxuyan Tellini qınadı: "Qanında türk qanı axan birisi..."

Qanında türk qanı axan birisi bu addımı atmaz

"Qanında türk qanı axan birisi bu addımı atmaz"

20 Yanvar faciəsi günü Aşıq Tellinin Masallıda toy məclisində olması xəbəri mətbuatı yerindən qarışdırdı.

Publika.Az xəbər verir ki, aşıq-müğənni bu barədə “Salam Azərbaycan” verlişinin muxbiri Natiq Nailoğlu ilə telefon danışığında danışıb. Məsələ ilə bağlı Aşıq Telli and-aman etsə də mövzuda birbaşa adı çəkilən Aşıq Namiqlə əlaqə saxladıq. Aşıq Telliyə küsülü olan Namiq məsələyə belə şərh bildirib:

“ İstər Telli olsun, istərsə də bir başqası. Qanında türk qanı axan birisi bu addımı atmaz. Xəbər tutduq ki, axşam 20 Yanvar günü toyda olub. Əlbəttə inanmağım gəlmir. Sadəcə müğənninin toyda olmağı xəbərini eşitdim.

Sonra eşitdim ki, sən demə aşıq imiş. Axi bu faciə anılır, televiziyalarda göstərilir. Sən bu qədər savadsız, geridə qalmış birisisən ki, bu hadisəni unutmusan?

Müxbirə gah toydayam, gah da ad günündəyəm deyib, variant gəlisən. Bu addımı atmağı mənə çox pis təsir edir. Aşıq Telli belə xanımlar sırasında ən imkanlılardandır. Lap belə kasıb, ac ol. Sən bir gün dözə bilmisən? Mənə çox pis təsir edir.

Xatırladaq ki, Aşıq Telli xəbər təkzib olunmasa, məhkəməyə müraciət edəcəyini bildirib.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm