Rejissor Kənan M.M-lə vəhabilər arasında dava - VİDEO
Bizi izləyin

Tabloid.az

Rejissor Kənan M.M-lə vəhabilər arasında dava - VİDEO

Tanınmış rejissor Kənan M.M. (Mahmudov) Yaxın Şərqə - müqəddəs torpaqlara ziyarətə gedib.

Tanınmış rejissor Kənan M.M. (Mahmudov) Yaxın Şərqə - müqəddəs torpaqlara ziyarətə gedib.

Azərbaycanlı məşhur rejissor və aktyor Kənan M.M. İranın Məhşəd şəhərində, daha sonra isə İraqın Kərbəla və Nəcəf şəhərlərində imamların qəbrini ziyarət edib. Rejissor ziyarət çərçivəsində çəkdirdiyi şəkilləri mütəmadi olaraq sosial şəbəkədən dostları ilə bölüşür.

İzləyiciləri tərəfindən sevgi ilə qarşılanan fotoşəkillər bəzilərini qıcıqlandırıb. Kənan M.M. isə buna cavab olaraq sosial şəbəkədən həmin şəxslərə sərt ismarış göndərib:

"Hə, deməli Kərbəladan bura şəkillər qoyuram. Əcəb edirəm. Bu profil mənimdir, yaxşı edirəm. Kimə ləzzət eləmirsə, getsin başqa yerə. Bu şəkillər hansısa vəhabiyə ləzzət eləmir və ağzına gələni yazır... Mən imamları canımdan çox sevirəm. Ağıllı olun, gələrəm Bakıya, ağzınızı kökündən cıraram. Heç kim mənim sevdiklərimi ələ sala bilməz, ziyarət edirəm, əcəb edirəm... Bir sözlə, çaşmayın, aşırdaram!" - deyə rejissor sosial şəbəkədən onun barəsində yazanlara cavab verib. Qeyd edək ki, rejissor artıq bir neçə gündür ki, ziyarətdədir. /Ans/

\

Oxumağa davam et
Reklam
Reklam

Gündəm