Tabloid.az
Jurnalistin mahnısına klip çəkdilər -Fotolar
Ötən il "Unuduldum" mahnısı ilə peşəkar səhnəyə ilk addımını atan gənc müğənni Müşviq Mahmudov arada yaranmış susqunluğa son qoyacaq.
Publika.az-ın məlumatına görə, artıq müğənnilik sənətində qəti olaraq davamlı fəaliyyət göstərməyi qarşısına məqsəd qoyan müğənni geri çəkilməməyi düşünür. Bu məqsədlə də o, sabah sənətçi dostlarını və jurnalistləri bir araya toplayıb təmtəraqlı şəkildə geri dönüşünü qeyd edəcək.
Jurnalist Azər Nəsibovun müəllifi olduğu "Mənə nə" adlı mahnını repertuarına daxil edən müğənni ona klip çəkdirib. Sabahkı tədbirdə Müşviq yeni klipini qonaqlara təqdim edəcək. Klipi rejissor Rəhman Əliyev ekranlaşdırıb. Operator işi Deleeyə, montajı Səidə aiddir. Yayın hitlərindən olacaq "Mənə nə"nin klipində müğənninin tərəf müqabili İTV-nin aparıcısı, model Brilliant Bəhmənovadır.
Sabah keçiriləcək təqdimat mərasimində Müşviqi təbrikə gələcək müğənnilər sırasında xalq artisti Nisə xanım Qasımova, əməkdar artist, bəstəkar Gövhər Həsənzadə, tanınmış müğənnilər Ümman, Ayan, Xatun, Lətifə Soyuöz, Səidə Sultan, Nadir Qafarzadə, Emil Bədəlov, Tunar, Arif Səlimov və başqaları iştirak edəcəklər. Tədbirin aparıcısı populyar teleaparıcı Zaur Nəbioğlu olacaq.
Qeyd edək ki, Müşviq Mahmudov xalq artisti Samir Cəfərovun tələbəsidir. Müğənninin müəllimi səfərdə olduğundan təqdimatda iştirak edə bilməyəcək.
Cəvahir Səlimqızı
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial4 May 17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO