Tabloid.az
ANS-in Elnarəsi: "Gəlin, mənə sataşın..."
ANS kanalında yayımlanan “İncə maraqlar” verlişinin cazibədar, səmimi və gülərüz siması Elnarə Təhməzova Publika.Az-ın suallarını cavablandırdı:
- Saçlarınızı uzatmısız. Qısa saç sizdə kompleks yaratdı?
- Artıq 2014-cü ilə yeni imiclə girdim. Xüsusi yox, sadəcə saçlarımda dəyişiklik olub. Sizə bir şey deyim. Heç kimin fikri mənə maraqlı deyil. Mənim daxili aləmim belədir. Əsas odur özüm, özüm üçün rahat olum. Saçlarım yandı, qısaltdım. Mən bir şeydən tez bezirəm. Eyni tip saç çox görəndə bezirəm.
- Sarışınlıqdan çıxmaq fikriniz yoxdu?
- Əslində fərqli görünmək istəyirəm. Qara rəng məni həddindən artıq cazibədar göstərir. Daha doğrusu küçəyə çıxa bilmirəm. Sanki, gəlin mənə sataşın obrazını yaradıram. Sataşana da söz deyə bilmirəm. Tünd saçda elə görkəmdə oluram ki, doğrudan da mənə sataşmaq lazımdır. Tünd saç həyatda, sarı saç isə efirdə daha yaxşıdır.
- Cazibədar görünməkdən qorxursuz?
- Yox, qorxmuram. Amma mənim özümün də cazibəm var. Cazibə üstünə cazibə gələndə şit görsənir.
- Qınaqdan qorxursuz?
- Tez-tez qınaq olunası biri deyiləm. Qınayanlara fikir vermirəm. Xəstə adamlardı, Allah onlara şəfa versin.
- Şou-biznesdə hamı dəbdən danışır.
- Mən marka geyinib, özüm iyi verəcəmsə, ondan dəbdən danışmağa dəyməz. Xanımlar və bəylərimiz özlərinə baxmalıdır. Son zamanlar televiziyalarda elə bir insanlar dəbdən danışır ki, dəbə aid sözləri düzgün deyə bilmirlər. Pul ilə dəbi diqtə etmək olmaz.
- Şou-biznesdə ən dəbli xanım kimdir?
- Aygün Kazimovanı çox bəyənirəm. Bu dəb söhbəti deyil. Bu insan yeniliklər etməyi çox sevir. Son vaxtlar boş geyimlərə üstünlük verilir. Amma hər kəsə yaraşmır. Çox az saydadılar. Ağlıma gəlmir. Aygün Kazimova oxuyur deyəndə qaçıb, baxıram görüm nə geyinib.
- Bəs kişilər?
- Heç mən dəblə geyinən kişi müğənniləri tanımıram. Kimlər var? Faiq daha çox səliqəli və ölçüsünə uyğun geyinməyi sevir. Amma dəbli deyə bilmərəm. Vasif Məhərrəmlinin evində çəklişdə olmuşdum. Çox gözəl geyimləri var. Brend geyimlərdən istifadə edir. Çoxları deyər ki, Vasif hara, brend hara? Amma özüm şəxsən şahidi olmuşam. Ədalət Şükürovunda gözəl geyimləri var.
- Sizə ən maraqlı və bahalı gələn hansı məşhurun qardirobu oldu?
- Şəxsən özüm görməsəm də,efirdən fikir vermişəm. Müğənni Ayanın qardirobu mənə çox maraqlı görünüb. Sevda Yəhyayevanın geyimləri də maraqlıdı. Sevda çox vaxt üzərində olan geyimi təqdim etməyi bacarmır. Özü yaxşı qızdı, mən onu çox istəyirəm. Biri var geyinmək, biri də var o geyimi təqdim etmək. Sevdanın utanmağı, qısılmağı əynində olan geyimi öldürür. Kaş Sevda geyimləri təqdim edərdi. Mən bunu çox istəyirəm.
- Sizdə plastik əməliyyat var?
- Dodağımda gel var idi, sonradan onu da çıxartdırdım. Burnumu da estetik əməliyyat elətdirmşəm. Elə böyük qlobal dəyişiklik olmayıb. Burnumu əməliyyat elətdirdikdən sonra dedilər ki, sən neynədin ki? Hiss olunmur. Heç nə lotereya oynamışdım, bilmirdim hara xərcləyim, gedib əməliyyat etdirdim. Gözəlliyi estetiklə ölçməsinlər. Çox çirkin görünürlər, eyni görsənirlər. Ən çox da göz dartma əməliyyatıdır. Burun qalxır, üz botoks olunur, dartılır və bir-birlərinə oxşayırlar. İnsanın daxili gözəl olmalıdır.
- Sizi nə əsəbləşdirir?
- Söz verib yerinə yetirməyən, özünü ağıllı göstərən adamlar məni əsəbləşdirir. Evdə artıq məni dəlisov biri kimi bilirlər, baş qoşmurlar. Şəxsi həyatım çox sakitdi, məni əsəbləşdirən yoxdu.
- Teleaparıcılar şou-biznesi ələ alıb.
- Həmkarlarım inciməz, səhər durdu, hamama girdim, tualetdən çıxdım, aeropotdayam, mənə verilən hədiyyə üzük və s. Burdan onlara səslənirəm. Vallah paxıllığım tutmur, hər şeyim də var. Sosial şəbəkələrdə hər şeylərini reklam edirlər. O jurnalistlərə hörmət qoymuram. Elə şeylərdən xəbər hazırlayırlar. Mən heç vaxt elə etmərəm. O insanların ən maraqlı şeyləridi ki, onu bölüşürlər. Mən nəfsdən qorxuram. Başlayırlar qınamağa, bəxtəvərlik verirlər. O qədər gözə girməyi sevmirəm.
- Hamı da teleaparıcı olmaq istəyir, eyni zamanda teleaparıcıları da qınayırlar.
- Xəbər eşidirik ki, teleaparıcını döydülər, üzünə tüpürdülər. Vallah mən bayıra çıxanda üzümə tüpürən yoxdu. Hələ görməmişəm üzümə nələrisə desinlər. Bu xəbərim çıxandan sonra altdan şərh yazanlar olacaq. Arzu edirəm o insanlara ki, Allah sizə cəsarət versin, gəlib üzümə deyəsiz. Onlara verəcəyim cavabım var.Ay bala xoşun gəlmirsə, baxma. Niyə təhqir yazıb, tüpürürsən. Bizim tüpürcəyimiz tüpürcək deyil? Mən elə tüpürərəm ki, sən duş qəbul etmiş olarsan. Nə qədər tərbiyəsiz adamlar var. Anormallıqdır.
- Depressiyaya düşürsüz?
- Yox, depressiya nədi bilmirəm. Mən ancaq bir çox istədiyim insanları görməyəndə deyirəm ki, darıxmışam sənin üçün, bax depressiyaya düşürəm. ( gülür)
Elvin Elxan
Foto:Nuron
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər