Azərbaycanlı müğənnini it dişlədi- FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı müğənnini it dişlədi- FOTO

Bir müddət şou-biznesdən kənar gəzən gənc ifaçı Ceyla yeni klip çəkdirib

Publika.Az bildirir ki, Ceyla sözləri Leyli, musiqisi Hakan Erola məxsus “unuduram” mahnısını ifa edib.

Sözü gedən kompozisiyanı ekranlaşdırmaq qərarına gələn müğənni rejissor Fuad İsmayılova üz tutub. Klip çəklişlərinin bir hissəsi idman zalında, bir hissəsi isə dağda çəkilib.

Sənətçinin tərəf müqabili itdir. Klip çəkilişi zamanı itlə çətin anlar yaşayan müğənni fikirlərini bizimlə bölüşüb:

“Yeni klipim çəkilib. Vizajımla Sərxan məşğul olub. Obrazım fərqlidir. Gündəlik yaşam tərzimi klipdə göstərməyə çalışmışam. Oy, o it başıma oyun açdı. Klip çəkiləndə çətinlik çəkdim.

Neçə dəfə dişləməyə cəhd etdi. Halbuki, elə bir it deyil. Yəqin abu-havadan hürküb. Nəhayət klip çəklişlərini yekunlaşdıra bildik”.

Elvin Elxan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm