“Teatrımız bu gün”
Bizi izləyin

Tabloid.az

“Teatrımız bu gün”

“Teatrımız bu gün”

“İrəli” Teatr Klubunun başlatmış olduğu “Teatrımız bu gün” layihəsi çərçivəsində görüşlərin keçirilməsi davam edir.

Publika.Az-ın verdiyi xəbərə görə, layihə çərçivəsində Azərbaycanın əməkdar artisti Əjdər Həmidov və aktyor, televiziya aparıcısı Şamil Süleymanov ilə gənclərin görüşü keçirilib.

“İrəli” Gənclik Mərkəzində baş tutan görüşlərdə gənclərlə yanaşı, “İrəli” İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Xaqani Fərəcov və təşkilatın Teatr Klubunun rəhbəri Gülsüm Rasulzadə iştirak edib.

Qonaqlar fəliyyətləri ərzində teatrda qarşılaşdıqları çətinliklər, eləcə də oynadıqları rollar haqqında danışıb və xatirələrini bölüşüblər.

Xatırladaq ki, layihə çərçivəsində hər həftə görüşlər təşkil olunur.

Qeyd edək ki, klubun yaradılmasında məqsəd gənclərin teatr mədəniyyətinə olan marağını artırmaq, onlara öz istedad və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaratmaq və asudə vaxtlarının səmərəli keçirmələrini təmin etməkdir.

Teatr Klubu teatr xadimləri, aktyor, incəsənət sahəsində tanınmış şəxslərlə görüşlər təşkil edir, eyni zamanda gənclərin fərqli teatr məkanlarında müxtəlif tamaşalar izləməsini təmin edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm