Müğənni Elçinin sevgilisi: "İki dəfə ondan hamilə olmuşam"
Bizi izləyin

Tabloid.az

Müğənni Elçinin sevgilisi: "İki dəfə ondan hamilə olmuşam"

“Elçin Cəfərovun nikahdan kənar övladı var” xəbərləri ötən həftə medianı öz cənginə almışdı. Bu xəbərə biganə qala bilməyən "Şou+" verilişi məsələyə aydınlıq gətirmək üçün sənətçini studiyaya dəvət etmişdi. Onun əvəzində isə Həsrət Nəcimzadə üzü qapalı şə

“Elçin Cəfərovun nikahdan kənar övladı var” xəbərləri ötən həftə medianı öz cənginə almışdı. Bu xəbərə biganə qala bilməyən "Şou+" verilişi məsələyə aydınlıq gətirmək üçün sənətçini studiyaya dəvət etmişdi. Onun əvəzində isə Həsrət Nəcimzadə üzü qapalı şəkildə kameralar qarşısında görünüb.

Xanımın iddiasına görə, Elçinlə çalışdığı restoranda tanış olublar. Cütlük, sonda bir yerdə yaşamaq qərarına gəlib. Sevgililər iki ilə yaxın 20 Yanvar ərazisində birgə yaşayıblar.

Mediada sənətçinin yarıçılpaq yayımlanan fotosu da həmin evdə görüntülənmişdi.

“Elçin şəklinin çəkilməsindən xəbərdar idi. Keçən il bu şəkli ona göndərəndə çox dəyişdiyini dedim. Qarşılığında mənə “məbadə şəkili facebookda paylaşasan” deyə cavab yazdı. Şəkli paylaşmayacağıma söz vermişdim, gərək mənim quyruğumu tapdalamayaydı. Bilirdim ki, bu foto onun zəif nöqtəsidir.”

Həsrət xanım deyir ki, Elçinin bu uşaqdan xəbəri olub, dünyaya gələndə isə ölkədən qaçıb.

“Mən birinci dəfə hamilə qalanda Elçin istəyirdi ki, uşaq dünyaya gəlsin, amma alınmadı. Oktyabrın 18- i Elçinin ad günündə ona ikinci dəfə hamilə qaldığımı dedim. Deyirdi ki, oğlum olsa, adını atamın adı olanİsfər, qızım olsa anamın adını Humay qoyacağam. Qızımın dünyaya gəlməsi Elçinin razılığı ilə olub. Amma övladım dünyaya gəldikdən sonra Elçinin dostları onu Türkiyəyə qaçırtdı ki, uşağı görməsin.”

Balaca Humaydan sənətçinin ailəsinin də xəbəri olub.

“Hamilə olarkən anası ilə telefonda danışdım. Mənə dedi ki, oğlumun ürəyi zəifdir, bilmirəm ki, nə edim. Qardaşı isə hər dəfə gəlib, uşağa baş çəkir. Nə ehtiyacı varsa, ödəməyə çalışır. Hətta uşağa soyadını öz əmisi verib.”

Elçin Cəfərovun DNT analizi istəməsi, Həsrət xanımın da ürəyincə olub. O deyir ki, analiz etdirməyə icazə verərəm. Amma...

“İstənilən vaxt gəlsin, gedək, ancaq bir şərtlə razılaşaram. Elçin xəstəxanaya tək başına gəlməlidir. Mən özümə əminəm. Elçin də əlini vicdanına qoysun, gəlisin". /Gecce.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm