Tabloid.az
Nadir Qafarzadə: “Albomumu hədiyyə vermək fikrim yoxdur”
Qalmaqallı açıqlamaları şou-biznesdə həyata keçirdiyi layihələri ilə özündən söz etdirən müğənni Nadir Qafarzadə “Ağlama sevdam” adlı yeni albomunu təqdim edib.
Yaradıcılığındakı yeniliyindən Publika.Az-a danışan verən müğənni bildirib ki, bu onun 2014-ci il ərzində həyata keçirdiyi ilk işidir:
“Yola saldığımız ildə səhnə fəaliyyətimdə uğurlarım çox oldu. Elə buna misal olaraq “Yaşıl Teatr”da gerçəkləşdirdiyim “Sən mələksən” adlı konsertimi və “Maral” mahnımdır.
Düzdür, “Maral” mahnımı bəzi həmkarlarım yerli-yersiz, çox müzakirə etdilər. Zənnimcə müzakirələrdə normaldır. Demək mən iş görmüşəm ki, onu müzakirə edirlər. Bütün bunlar qaldı 2013-də. 2014-ci ildə isə həyata keçirəcəyim bir çox sürprizlər və layihələr var.
At ilinin mənə düşərli olacağına inanıram. Artıq bir neçə gün olar ki, səbirsizliklə gözlədiyim “Ağlama sevdam” adlı albomum işıq üzü gördü. Bu yeni ildə ilk albomumdur. Albomda sevilən mahnılarımla yanaşı, yeni ifalarımda da yer alıb.
Yeni albomumu istəyənlərə hədiyyə olaraq vermək niyyətim yoxdur. Əldə etmək istəyənlər bir az xərcə düşməlidir. Qiymətini isə açıqlamaq niyyətim yoxdur”.
Qeyd edək ki, Nadir Qafarzadənin yeni “Ağlama sevdam” adlı albomunda 32 mahnı yer alıb. Albomda müğənnin yeni fotosessiyasından olan şəkilləri də yer alıb.
Elvin Elxan
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...