“Slivki” və Alişan Bakıya toya gəlir - AÇIQLAMA
Bizi izləyin

Tabloid.az

“Slivki” və Alişan Bakıya toya gəlir - AÇIQLAMA

Rusiyanın tanınmış “Slivki” qrupunun əsas solisti Karina Koks və türkiyəli müğənni Alişan Bakıda qonaq olacaq.

Rusiyanın tanınmış “Slivki” qrupunun əsas solisti Karina Koks və türkiyəli müğənni Alişan Bakıda qonaq olacaq. Sənətçilər paytaxtımıza prodüser Anar Mədətovun dəvəti ilə gəlir.

“Karina ilə birlikdə bu gün onun prodüseri Dmitri də gələcək. Karina mənim xahişim ilə övladını da özü ilə götürüb. Gəlişinin səbəbi burada bir toy mərasimində iştirak etməkdir. Həmin məclisin təşkilatçılığı mənə həvalə olunub. Gecənin digər qonağı isə türkiyəli ifaçı Alişandır. O, Bakıya sabah gələcək. Eyni zamanda, Ədalət Şükürov, Azəri Günel Zeynalova və Elton Hüseynəliyev məclisdə çıxış edəcəklər. Toyun aparıcısı Nərgiz Cəlilovadır. Məclis sabah baş tutacaq” - deyə A.Mədətov bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm