Tabloid.az
Tanınmış müğənninin atası küçələrdə yaşayır - FOTOLAR
Müğənni Ebru Gündeş milyon dollar dəyəri olan villada yaşadığı halda atası evsiz qalıb.
Azərbaycanlı iş adamı Reza Zərrabla ailə quran sənətçinin atası
küçədə köhnə əşyaların satışı ilə məşğuldur. Qızının onu heç vaxt
axtarmadığını deyən Remzi Gündeş gecələrini 20 kvadrat metrlik
dükanda keçirir. O, Ebru haqda danışmaqdan imtina edib.
“Mən şərəfsiz bir insan olsaydım, indi dəbdəbəli villada
yaşayardım. Şərəfim olduğu üçün belə haldayam. Dilənçi deyiləm.
Acından ölərəm, amma kiminsə qapısına gedib, bir loxma çörək də
istəmərəm. Bir vaxtlar mənə gəl bu evdə qal demişdi. Amma ondan
gələcək xeyiri istəmirəm. Mənə halallıq lazımdır. Haramla heç bir
işim yoxdur” deyə R.Gündeş bildirib.
Sənətçinin atası “Heç nəvənizi gördünüzmü” sualına isə “Mənim
övladım yoxdur ki, nəvəm də olsun. Amma əsl bir övladımın və
nəvəmin olmağını çox istəyərdim” cavabını verərək göz yaşlarını
saxlaya bilməyib.
R.Gündeşi sonda "Əsgər ailəsində doğulmuşam. Ona görə də qürurum
var. Yoxsa Bülənt Ərsoyun da qapısını döyüb, kömək istəyərdim.
Dövlətə pul ödəmədiyim üçün on ildir təqaüddən məhrum olmuşam. Əgər
bunu ala bilsəydim, heç olmasa, bir az daha yaxşı olardı" deyib.
/Axşam.az/
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi