Nəzakət Teymurovanın "Sarı gəlin"i jurnalistləri kövrəltdi-Fotolar
Bizi izləyin

Tabloid.az

Nəzakət Teymurovanın "Sarı gəlin"i jurnalistləri kövrəltdi-Fotolar

Nəzakət Teymurova jurnalistləri kövrəltdi

Xalq artisti Nəzakət Teymurova jurnalistləri başına cəm edib, "Sarı gəlin"ə çəkdirdiyi klipin təqdimat mərasimini keçirdi.

Publika.Az-ın məlumatına görə, xanəndə xanımın yeni klipi fərqli yozumu ilə diqqət çəkdi. Doğrudan da ortaya mükəmməl bir iş çıxarılmışdı.

Bəlkə elə buna görə də, adətən klipləri tənqid atəşinə tutan media mənsubları “Sarı gəlin”ə birmənalı şəkildə “hə” dedilər. Rejissor Abbas Quliyevin məhsulu olan klip orijinallığı ilə sevildi.

Nəzakət xanım klipi fərqli yozumda təqdim etməsini belə izah etdi: “Bu mahnıya müxtəlif versiyalarda kliplər çəkilib.

Mənim bir müğənni kimi vəzifəm "Sarı gəlin" musiqisini gözəl formada tamaşaçılara çatdırmaq idi. Musiqini Azərbaycan Dövlət Simfonik Orkestri ilə yazdırmışam".

Klip təqdimatında iştirak edən xarı bülbül ansanblının bədii rəhbəri Əlağa Sədiyev də klipin uğurunu mükəmməl ifa və rejissor işi ilə izah etdi. Öyrəndik ki, klipin xarici ölkələrin telekanallarında da nəzərdə tutulub.

Klipdə xanəndə xanımın niskili, Qarabağ həsrəti öz əksini tapıb.

Cəvahir Səlimqızı

Fotolar:Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm