Tabloid.az
Gənc müğənni: “Abır-həya yaxşı şeydir”
“Bu, estafetdi. Bundan əvvəl yaradıcılıqda bizə dəstək verənlər olub. Biz də bu yolun çığırını gedə biliriksə, demək, onların borcunu veririk”. Bunu ATV telekanalının “Gündəlik” verilişində qonaq olan şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu deyib. Verilişdə müğənni Yaşar Cəlilovla birgə qonaq olan şair onunla yeni işbirliyindən danışıb.
Publika.az-ın məlumatına görə, B. Vəziroğlu Y. Cəlilovun ifasında musiqisi Kamala, sözləri özünə məxsus olan “Ulduzlu gecə” mahnısının da uğurlu alındığını bildirib.
Kompozisiyanı ifa edən Y. Cəlilov ilk dəfədir bu yaradıcı heyətlə işbirliyi qurduğunu deyib: “Bu mahnının sevgidən olması ürəyimdən xəbər verdi. İnsanın ilk sevgisi anasından başlayır. Zamanla sevgilər böyüyür və bu sevgi üçün darıxdığın vaxtlar olur ”.
Y. Cəlilov aparıcı Mətanət Əliverdiyevanın onun efirdə az görünməsi ilə bağlı sualını belə cavablandırıb: “Qalmaqala ehtiyacım yoxdur. Abır- həya yaxşı şeydir. Mənə valideynlərim, ağsaqqal-ağbirçəklər baxır. Həm də efirlərə çıxmaq üçün dəstək də lazımdır”.
Verilişin ən maraqlı məqamı aparıcının müğənnini əməkdar artist İlqar Muradova bənzətməsi olub. Bu məsələyə B. Vəziroğlu da münasibət bildirib: “Yaşar İlqar Muradovu xatırladır. Onların səmimiyyəti, səhnədə duruşları, oxu tərzləri bənzərdir”.
Cəvahir Səlimqızı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”