Sosial şəbəkədə “rəsmi səhifə”si olan ilk azərbaycanlı məşhur
Bizi izləyin

Tabloid.az

Sosial şəbəkədə “rəsmi səhifə”si olan ilk azərbaycanlı məşhur

Sosial şəbəkədə “rəsmi səhifə”si olan ilk azərbaycanlı məşhur

Kinoaktyor və rejissor Ruslan Sabirli sosial şəbəkələrdən birində yalnız tanınmışlara verilən “Rəsmi Səhifə” statusunu alan ilk azərbaycanlı oldu.

“Sənə inanıram” (Həmid) və “Muradına çatan Günəş” (Murad) seriallarından tamaşaçıların yaddaşında qalan Ruslan Sabirli Publika.az-a bu barədə açıqlama verərək bildirib: “Həmişə müsahibələrimdə qeyd etmişəm ki, sosial şəbəkələrdən istifadə edirəm və yaradıcılığıma pərəstiş edən insanlarla ünsiyyətdə olmaq, onların fikirlərini bilmək mənim üçün önəmlidir. Mənə və yaradıcılığıma pərəstiş edən insanlara daha bir şad xəbərim var. Artıq onlar məni sosial şəbəkələrdə digər, saxta hesablarla səhv salmayacaqlar, eləcə də “Siz, həqiqətən, Ruslan Sabirlisiniz?”, “Bu, həqiqətən, sizin profilinizdir?” və s. kimi suallarla müraciət etmələrinə gərək qalmayacaq. Məsələ burasındadır ki, bu vaxtadək yalnız, Instagram, Facebook, Youtube və Twitter hesablarım vardı. Lakin artıq bu siyahıya odnoklassniki saytını da əlavə etdim, saytın adminstrasiyası səhifəmə tanınmış və məşhur insanlara təqdim etdikləri “Rəsmi Səhifə” statusunu verdi. Bu status həmin səhifənin həqiqətən məhz mənə məxsus olduğunu təsdiq edir və bildiyim qədərilə, Azərbaycandan belə bir statusu alan ilk tanınmış insanam”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm