Azərbaycanda müğənni səhnəyə cırıq paltarla çıxdı - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Azərbaycanda müğənni səhnəyə cırıq paltarla çıxdı - FOTOLAR

Ətəyi ayağına ilişən müğənni, paltarını cırmaq məcburiyyətində qaldı.

Ətəyi ayağına ilişən müğənni paltarını cırmaq məcburiyyətində qaldı.

“Günaydın” verilişində məşhurların bu vaxta qədər başlarına gələn qeyri-adi hadisələrdən danışılıb. Verilişin qonaqları sırasında gənc ifaçı Zarina da olub. Müğənni neçə il bundan öncə başına gələn maraqlı bir hadisədən danışıb:

Bu hadisəni hələ də unutmamışam. Mən o vaxtlar müsabiqədə iştirak edəndə gözləmə otağından səhnəyə qədər uzun bir yol var idi. Qısa zaman kəsiyi verirdilər bizə, biz təqdim olunan müddətdə ora çatmalı idik. Orada pilləkənləri qalxanda nə qədər etdim, paltarım ayağıma ilişdi, qalxa bilmədim. Qalxsam da yıxılacam. Bir tərəfdən də məni səhnədə təqdim ediblər. Həyəcandan bilmirdim nə edim. Gözümü açdım ki, artıq səhnədəyəm. Məcbur qalaraq dartıb paltarımı cırmışdım. Buna məcbur idim. Çünki ya yıxılmalıydım, ya da səhnəyə çatmalıydım. /Gecce.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm