Tabloid.az
Habil Əliyev sağlamqlıq durumundan danışdı - VİDEO
Daha bir yol haqqında. Söhbət Habil Əliyevin ömür yolundan gedəcək. Az qala bu yol onu son mənzilə çatdıracaqdı. Böyük kaman ustası Habil Əliyev ölümdən qayıtdı. Həyat yoldaşı Şərqiyyə xanım onu Sizin qarşınıza çıxarmaq üçün nə qədər əziyyət çəkmişdi. İcazənizlə Şərqiyyə xanıma sizin adınızdan, öz adımızdan təşəkkür edim və buyurun. Habil müəllim yenidən aramızdadır.
Hesabat: Hazırda Habil müəllim biz söhbət edirik. Bizim
söhbətimiz də ata-bala söhbətidir. Yəni atanın-balaya,
balanın–ataya olan münasibətidir. Burda gücdən filandan söhbət
getmir. Hörmət söhbətidir. Mən artıq Habil müəllimin vəziyyətinin
düzəlməsini hiss edirəm. Səsiniz yerindədir, şükür Allaha. Mən
keçən dəfə sizə zəng vuranda danışa bilmədiniz. Mənə dedilər ki,
səsiniz batıb. Mən çox qorxmuşdum. İndi həkim nəzərati
altındasınız?
Habil Əliyev: Bilirsiniz Mir Şahin müəllim sizi qorxudan odur ki,
artıq ölüm vaxtım çatıbdı. Haqlısınız, amma nətər şeydirsə, adam
ölüm vaxtı çatandan sonra çox yaşamaq istəyir. Həyat onda daha da
şirinləşir. Adam özü də hiss edəndə ki, vaxtı çatıb. Həyatda necə
əl çəkim gedim mən. Ay bala bu formada həyat var. Allaha şükür
yaşayış var. Əziyyət çəkimişik, bu günlərə gəlmək üçün. Gəlib
çıxmışıq, niyə qoyum gedim. Ancaq getmək istəmədim.
Hesabat: Habil müəllim indi özünüzü necə hiss edirsiniz?
Habil Əliyev: Mir Şahin müəllim özüm hiss edirəm ki, ölmək dayandı.
Onu ləngitdim. Mən yox, daha doğrusu Allah ləngitdi. Dəbbələməsə.
bu saat heç kimə etibar yoxdur. Hələki ləngitmişəm. İnşallah mənə
belə gəlir ki, imkan verər hələ bir-iki işlərim var, onları da
görüm qurtarım. İş qurtarmır da, iş qurtarmır.
Hesabat: Deməli sizin yanınızda həyat yoldaşınız vardı?
Habil Əliyev: Bəli. Onunla da belə söhbət elədim ki, mən
rahatlaşdım. Bildim ki, bütün vəsilərimin, sözlərimin hamısını
dedim. Amma sonra da utandım. Vəsidən sonra adam ayağa duranda bir
az eybəcər olur.
Hesabat: Allaha şükür öz yerində. Allaha şükür ona təşəkkürdür. Bəs
bəndələrdən kimə təşəkkür etmək istəyərdiniz?
Habil Əliyev: Mənə çox böyük diqqət göstərən, dəfələrlə diqqət
göstərən bizim Mehriban xanım olubdur. Müalicəm barədə də çox
diqqət göstərib. Zəngsiz gün olmadı. Həkimlər hər gün əlaqə
saxladılar. Allah sizi saxlasın. Qurban olum Allaha, saxladı bu
dəfə məni. Dedi nə işin varsa gör, amma qudurma. Söz verdim ki,
qudurmaq mənim qanımda, nəslimdə olmayıbdı. Mən də qudurmayacam.
Amma nə qədər imkanınız var qoyun bir az yaşayım. Yaşamağın qədrini
hələ indi bilirəm. Yaşamaq get-gedə gözəlləşir. Çox şükür Allaha,
qoca yaşımda nə görmək istəyirdimsə hamısını görürəm. Bundan böyük
arzu ola bilməz.
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov