Tabloid.az
"Üç dəfə ərdə olmuşam, Namiqlə isə aramızda...." - VİDEO
Rəqqasə Oksana Rəsulova "Onlar" verilişinə açıqlama verib.
Axşam.az-ın məlumatına görə, sənətçi süjetdə həyatı ilə bağlı bəzi gizli məqamları açıb:
"Rəsmi olaraq üç dəfə ailə qurmuşam. Üçüncü nikahım Elşad Xose ilə olub. İlk evliliyimin dağılması ağılsızlıqdan, uşaqlığımdan, yaşımın az olmasından irəli gəlib. 17 yaşımda nişanlandım, 18 yaşımda ərə getdim. Elə bilirdim sevirdim. Uşaq ağlı... Amma sonra yola getmədik, dalaşırdıq... Xatırlamaq istəmirəm. Həyatımda bir nikah qəbul edirdim, o da Elşadla olan. İkinci dəfə 25 yaşımda nikah masasına oturdum. Günah onlarda da olub, məndə də. Demirəm ki, tək günahkar onlar idi, mən günahsızam. İnsan elədiyinin cəzasını sonra çəkir. Bəlkə də mənim günahlarım idi ki, indi cəzasın çəkirəm. Xoşbəxtlik odur ki, qadın ana olsun, yanında ailə, ürək-dirək verən, baş qoyacaq çiyin olsun. Tənhalıq xoşbəxtlik yox, bədbəxtlikdir. Dördüncü dəfə nikah haqda düşünmürəm, qəti. Özümü yaxşı hiss etmirəm, nikahlara stop dedim".
Oksana müxbirin "Namiq Qaraçuxurlu ilə aranızda nəsə yaşanıb" sualına isə belə cavab verib:
"Mən ümumiyyətlə bu suala cavab vermək istəmirəm. Əsassızdır... Bu şayiələr haradan gəlib bilmirəm. Belə bir hadisə ola bilməz. Namiqlə aramızda heç nə olmayıb".
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!