Rəqsanə: “Səhərdən yüzlərlə zəng olub”
Bizi izləyin

Tabloid.az

Rəqsanə: “Səhərdən yüzlərlə zəng olub”

Bu gün Yaşıl Teatrda müğənni Rəqsanə İsmayılova solo konsert proqramı ilə çıxış edəcək. Lakin hava şəraitinin küləkli və arabir yağışlı keçməsi konsertin təxirə düşməsiylə bağlı fərziyyələr doğurub.

Müğənni özü Publika.az-a açıqlama verib ki, konsert təxirə düşməyəcək. Səhnəyə çıxmaq üçün hazırlaşan sənətçi tamaşaçılarının “Sevgililər gün”ünə həsr edilən konsertinə gələcəklərini bildirib: “Səhərdən yüzlərlə zəng olub. Hamı hava şəraitindən asılı olmayaraq konsertə gələcəyini deyir. Mən də yaxşı əhvali-ruhiyyə ilə onların qarşısına çıxıb, mahnılarımı səsləndirəcəyəm”.

Xatırladaq ki, konsertə giriş sərbəstdir. Bilet satışı olmayıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm