“İlhamə, bu yaşda qaş-göz oynadıb, mahnı oxumaq olmaz!”
Bizi izləyin

Tabloid.az

“İlhamə, bu yaşda qaş-göz oynadıb, mahnı oxumaq olmaz!”

Uzun illərdir küsülü olan xalq artistləri İlhamə Quliyeva ilə Flora Kərimova arasında qalmaqal yenidən alovlana bilər.

Tabloid.az xəbər verir ki, buna səbəb Flora Kərimovanın “Hər şey daxil” verilişində İlhamə Quliyevanın repertuarından “Yaşın nə fərqi var ki...” mahnısını zümzümə etməsi olub. Mahnını zümzümə edən sənətçi “bəs niyə biz bu ifadəyə pis baxırıq? Yaşın nə fərqi var ki?” deyərək sanki qarşı tərəfə atmaca atmış olub.

İ.Quliyeva həmkarının bu atmacasını cavabsız buraxsa da, F.Kərimova Tabloid.az vasitəsilə yenidən məsələyə münasibətini bildirib:

“Mahnını İlhamə xanımın hərəkətlərinə istehza edərək oxumuşam. İlhaməyə demək lazımdır ki, bu yaşda “Yaşın nə fərqi var ki...” mahnısını oxuyub, qaş-göz eləmək olmaz”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm