Pişik Günel: “Onlar qızımı döyərlər”
Bizi izləyin

Tabloid.az

Pişik Günel: “Onlar qızımı döyərlər”

“Pişik” ləqəbli müğənni Günel Ələkbərova Novxanıda bağ evində dincəlir. O, Tabloid.az-a açıqlamasında sentyabrda səhnəyə qayıdacağını bildirib.

Yeni doğulmuş körpəsi Məryəmxanıma anası ilə birgə baxdığını deyən G.Ələkbərova övladını dayələrə etibar etmədiyini vurğulayıb:

“Övladımı anamdan başqa heç kimə etibar edə bilmirəm. Yaradıcılıq işlərimə başlayandan sonra da günümün çox hissəsini qızıma həsr edəcəyəm. Zaman-zaman dayələrin uşaqlara zor tətbiq etdiyi, döydüyü ilə bağlı videolar yayılır. Nə bilim ki, dayə onu vaxtlı-vaxtında yedirdə biləcək? Bəlkə o, mənim uşağımı həmin videolardakı dayələr kimi incidəcək? Allah göstərməsin! Mənə ingilis və rus dilini bilən bir neçə dayə müraciət edib. Demişəm ki, qızımın 3-4 yaşı olandan sonra bu haqda düşünərəm. İndi isə qızımı dayələrə etibar edə bilmərəm. Qızım danışandan, öz istəklərini bildirmək imkanı olandan sonra dayə tutacağam”.

Xatırladaq ki, hələ ailə həyatı qurmayan Günel Ələkbərova bu ilin mayın 24-ü ana olub. Qızına Məryəmxanım adını qoyan müğənni onun atasının kimliyini açıqlamır. Sadəcə, bildirir ki, şou-biznes nümayəndələri uşağının atasının kimliyini bilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm