Elarizdən şok etiraf: “Efirə çıxmaq üçün pul ödəmişəm” – ÖZƏL
Bizi izləyin

Tabloid.az

Elarizdən şok etiraf: “Efirə çıxmaq üçün pul ödəmişəm” – ÖZƏL

Müğənni Elariz Məmmədoğlu vaxtilə efirə çıxmaq üçün hansı telekanala pul ödəyib?

Publika.az-ın xəbərinə görə, Teleqraf.com saytının "Brifinq" layihəsinin qonağı olan müğənni suallarımızı cavablandırarkən maraqlı açıqlamalar verib.

Dediyinə görə, vaxtilə efirə çıxmaq üçün ondan pul istəyiblər: “ABA telekanalı vardı onda. Mən həmin televiziyaya getdim, orda məni Əli Zahirov adlı bir şəxs qarşıladı. Ona dedim ki, efirə çıxmaq, tanınmaq istəyirəm. Cavab verdi ki, klip çəkdirib efirə verərik, sonra pulunu ödəyərsən. Belə də oldu. Klipim çəkildi, efirə verildi, mən artıq toylara ayaq açmağa başladım. Bundan sonra qazandığım beş-on manatı aparıb onlara verməyə başladım. Dəqiq desəm, ayda 100 manat pul ödəyib, borcumu qaytardım”.

E. Məmmədoğlu onu da bildirdi ki, hazırda heç bir telekanala pul vermir. Yalnız klipləri üçün simvolik olaraq məbləğ ödəyir: “Bütün telekanalların qapısı üzümə açıqdır. Efirə pulsuz çıxıram. Amma kliplərim üçün bəzi telekanallara simvolik olaraq pul ödəyirəm. Məbləği açıqlamayacağam. Amma bəzi telekanallarda kliplərim pulsuz yayımlanır. Efirə yeni çıxan müğənnilər pul ödəyir, köhnələr yox”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm