“Əcnəbi kürəkən” əsgərlərin qarşısına çıxdı
Bizi izləyin

Tabloid.az

“Əcnəbi kürəkən” əsgərlərin qarşısına çıxdı

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyorları milli ordunun və Sərhəd Qoşunlarının əsgərləri üçün dramaturq Maarif Məmmədovun “Əcnəbi kürəkən” komediyasını nümayiş etdirib.

Publika.az-ın məlumatına görə, əməkdar artist Adil Zeynalovun quruluş verdiyi səhnə əsərində hadisələr ucqar dağ kəndlərinin birində cərəyan edir.

Gənc əsgərlərin və onların valideynlərinin maraqla izlədikləri tamaşanın quruluşçu rəssamı Tələt Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Tamaşada baş rolu – Ulyam Keyt obrazını gənc aktyor Emin Fərzullayev ifa edib.

Digər rolları əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Eynəli Nurullayev, Əlibala Əsgərov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Niftulla Əsgərov, Təranə Əzizova, Hikmət Cəfərov və başqaları oynayıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm