Tanınmış azərbaycanlı aktyor vəfat edib
Bizi izləyin

Tabloid.az

Tanınmış azərbaycanlı aktyor vəfat edib

Azərbaycanın tanınmış səhnə ustası, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aktyoru Eynəli Bilal oğlu Nurullayev qısa müddətli xəstəlikdən sonra iyulun 9-da günorta saatlarında Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasıya şöbəsində 67 yaşında vəfat edib.

Publika.az xəbər verir ki, aktyor bu gün doğulduğu Darquba kəndində dəfn olunub.

E.Nurullayev 1969-cu ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1969-73-cü illərdə Hüseyn Ərəblinski adına Lənkəran rayon xalq teatrının rejissoru vəzifəsində işləyib. 1973-cü ildən ömrünün sonuna kimi N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor vəzifəsində çalışıb. 100-dən çox obraza səhnə həyatı bəxş edən və rejissor kimi 10-a yaxın əsərə quruluş verən E.Nurullayev ictimai və yaradıcılıq fəaliyyətinə görə 1979-ci ildə Respublika Ali Sovetinin Fəxri Fərmanı, 2013-cü ildə isə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub, bir sıra nüfuzlu sənət festivallarında diplomlara layiq görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm