Türkiyə 36 milyard qabağa düşəcək
Bizi izləyin

Tabloid.az

Türkiyə 36 milyard qabağa düşəcək

Ötən il Türkiyəyə 39 milyondan çox xarici turist gəlib.

Publika.az-ın məlumatına görə, Türkiyə Turizm Şirkətləri Birliyinin (TÜRSAB) hesablamalarına görə, 2014-cü ildə ölkəyə gələnlərin sayı 43 milyon nəfəri ötəcək.

Ölkə daxilində səyahətə çıxanların sayı isə təxminən 14 milyon nəfər olacaq.

Onlardan təxminən 5 milyonu istirahətlərini otel və pansionatlarda keçirmək niyyətindədirlər.

Bu göstəricilər nəzərə alınaraq Türkiyənin bu il turizm sahəsindən 36 milyard dollar gəlir əldə edəcəyi proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm