Mehriban Əliyeva Kannın meri ilə görüşüb
Bizi izləyin

Tabloid.az

Mehriban Əliyeva Kannın meri ilə görüşüb

İyulun 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Kann şəhərinin meri Devid Lisnardla görüşüb.

Görüşdə Kann şəhərinin meri artıq ikinci ildir ki, Azərbaycanın Kannda möhtəşəm tədbirlər keçirdiyini bildirib, ötən ilkindən fərqli olaraq bu dəfə ölkəmizin idman tədbirlərinə üstünlük verdiyini söyləyib. O, qeyd edib ki, bu da Kann şəhərinin inkişaf məqsədləri ilə üst-üstə düşür.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ölkəmizin öz mədəni dəyərlərini Kann şəhərində təqdim etməkdən şad olduğunu bildirib

Builki proqramda idmanla bağlı tədbirə geniş yer verildiyini vurğulayan Mehriban Əliyeva bunun 2015-ci ilin yayında ilk Avropa oyunlarının Bakıda keçiriləcəyindən irəli gəldiyini diqqətə çatdırıb.

Görüşdə birgə reallaşdırılacaq layihələr barədə fikir mübadiləsi aparılıb.
.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.















Oxumağa davam et
Reklam
Reklam

Gündəm