“Qızıl toy”u payıza saxladılar – FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Qızıl toy”u payıza saxladılar – FOTOLAR

Dövlət Musiqili Teatrında “Qızıl toy” operettasına daxili baxış keçirilib. Publika.az-ın məlumatına görə, bəstəkarı Oqtay Kazımi, libretto müəllifi Ramiz Heydər olan tamaşa rejissor Yusif Əkbərovun yozumunda ərsəyə gəlir.

Əsas rollarda respublikanın əməkdar artistləri Nahidə Orucova (Ballı), Əkbər Əlizadə (Qədir), aktyorlar Əzizağa Əzizov (Rəhim), Gültac Əlili, (Aygün), Elvin Əliyev (Azər), Gülnarə Əzizova (Züzü), Yuliya Heydərova (əcnəbi qız), Svetlana Bulax (turist), Əliməmməd Novruzov, Ruslan Mürsəlov (turist), Elməddin Dadaşov (turist oğlan) iştirak edir. Bu mövsümün sonunda təhvil verilən əsər gələn mövsümün ilk premyerası olacaq.

Xatırladaq ki, “Qızıl toy” tamaşası Musiqili Teatrda sayca üçüncü səhnə həyatını yaşayır. Belə ki, əsərə ilk quruluşu 1980-ci ildə rejissor Rafiq Atakişiyev verib. 1996-ci ildə verilmiş ikinci quruluşun müəllifi isə yenə də Yusif Əkbərov olub.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm