Bahar Lətifqızı: “Onun hərəkətsiz bədənini görəndə özümü itirdim”
Bizi izləyin

Tabloid.az

Bahar Lətifqızı: “Onun hərəkətsiz bədənini görəndə özümü itirdim”

“Onun hərəkətsiz bədənini görəndə özümü itirdim”

Müğənni Bahar Lətifqızı ötən gün dünyasını dəyişən tanınmış müğənni, əməkdar artist Məhəbbət Kazımovun ölümünə inana bilmədiyini deyir: “Radioda eşitdim ki, Məhəbbət Kazımov dünyasını dəyişib. İnanmadın, zəng vurub məlumatın doğru olub-olmadığını öyrəndim.

Özümə gələ bilmədim, maşın sürə-sürə ağlayırdım. Sonra evlərinə getdim. Onun hərəkətsiz bədənini görəndə isə özümü itirdim. Məhəbbət müəllimə mənim həm bir insan, həm də böyük sənətkar kimi böyük hörmətim var idi və elə də qalacaq. O insan əvəzolunmaz səs sahibi və müdrik insan idi.

Axırıncı dəfə 4-5 gün öncə görüşmüşdük. Məni qucaqlayıb dedi ki, qızım əsas canının sağlamlığını qoru. Səsi qulağımdan hələ də getməyib. Allah rəhmət eləsin, ailəsinə və doğmalarına səbr versin. Balaları sağ olsun”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm