Azərbaycan kinosunun növbəti uğuru - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Azərbaycan kinosunun növbəti uğuru - FOTOLAR

Festival Kanndan sonra Azərbaycan kinosunun növbəti böyük uğurudur.

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Axınla Aşağı” bədii filmi 5-12 iyul tarixlərində dünyanın ən böyük kinoforumlarından olan, Karlovı Varı Beynəlxalq Film Festivalında iştirak edib. Filmin dünya premyerası ötən gün festival çərçivəsində baş tutub.

Premyerada ekran əsərinin rejissoru Asif Rüstəmov, “Azərbaycanfilm” kinostudiyasının direktoru və filmin prodüseri Müşfiq Hətəmov, aktrisa Aleksandra Andrzejevska, operator Ayxan Salar və çəkiliş heyətinin üzvü Andreas Ruft iştirak ediblər.

Asif Rüstəmovun rejissoru oldugu “Axınla aşağı” bədii filmi festivalın “East of the West” müsabiqəsində, 12 film arasında yarışacaq. “Axınla Aşağı” psixoloji ailə dramıdır. Filmin senari müəllifləri Asif Rüstəmov və Otar Pertaxiyadır. Quruluşçu rejissor Asif Rüstəmov, operator Ayxan Salar, bəstəkar Xəyyam Mirzəzadə, icraçı prodüser Nadir Əliyev, baş prodüseri isə Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andjevska və Teymur Məmmədov ifa edirlər.

1937.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm