İlkin Həsəni Fəlakətlə bağlı hansı həqiqəti açıqladı?
Bizi izləyin

Tabloid.az

İlkin Həsəni Fəlakətlə bağlı hansı həqiqəti açıqladı?

Tanınmış teleaparıcı İlkin Həsəni bir müddət öncə yaxın dostu Elşən Orucova (Fəlakətə) maşın verilməsi ilə bağlı yayılan xəbərlərin heç bir əsası olmadığından danışıb.

Publika.az-a bu barədə danışan İlkin əslində bu xəbərin necə, hardan qaynaqlandığını da deyib: “Nə maşın, boş-boş söhbətlərdir. Biz Türkiyədə istirahət edirdik. Elşən yolda gedərkən bir “Mersedes”in yanında dayanıb. Prodüser Anar Mədətov da həmin vaxt telefonla onun şəklini çəkərək sosial şəbəkədə yayıb və deyib ki, Elşənə maşın bağışlayıblar. Zarafat edib. Saytlar da dərhal bunu həqiqət bilib yazıblar. Əslində, mən Anara dedim ki, belə şeylər lazım deyil. Yalan xəbərlər yayıb insanları aldatmağın nə mənası var axı?”

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm