Azərbaycanlı aktyor Türkiyəyə çağırıldı – FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı aktyor Türkiyəyə çağırıldı – FOTO

Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Nofəl Vəliyev tamaşa hazırlamaq üçün Türkiyədən dəvət alıb.

Publika.az-ın məlumatına görə, dəvət məktubunu Türkiyə Cümhuriyyəti Antalya Böyükşəhər Bələdiyyə Teatrının bədii rəhbəri Məhmət Özgür göndərib. İstedadlı aktrisa və yazar Pərvin Ünalpın “Gec qalanlar” əsəri əsasında hazırlanacaq tamaşanın məşq prosesi 10 avqust – 14 sentyabr tarixlərində başlanılacaq.

Məlumat üçün bildirək ki, 30 illik tarixə malik Antalya Böyükşəhər Bələdiyyə Teatrı hazırladığı maraqlı səhnə əsərləri ilə bir sıra beynəlxalq festivalda uğurla iştirak edib.

Hər iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin sənət və mədəni səviyyədə möhkəmlənməsini təmin edən yeni tamaşanın hazırlanması üçün aktyor Nofəl Vəliyev avqust ayının əvvəllərində Türkiyə Cümhuriyyətinə yola düşəcək.

Xatırladaq ki, Teatr Xadimləri İttifaqının “Rejissor laboratoriyası”nın məzunu olan tanınmış aktyor Nofəl Vəliyev ilk dəfə rejissor kimi “Bir səbət tənhalıq” tamaşasına quruluş verib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm