Azərbaycan musiqisi Niaqarada
Bizi izləyin

Tabloid.az

Azərbaycan musiqisi Niaqarada

Kanadanın Niaqara-on-the-Lake şəhərində “Music Niagara” beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan musiqisi günü keçirilib.

Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən verilən məlumata götə, tədbir çərçivəsində “Araz Dance” qrupu Azərbaycanın xalq musiqisi və milli rəqsi proqramı ilə çıxış edib.

Qeyd edək ki, “Araz Dance” qrupu Torontoda yaşayan soydaşlarımız tərəfindən təsis edilib.

Azərbaycanın Kanadadakı səfirliyinin müşaviri Elcan Həbibzadə tədbirdə çıxış edərək, son illər ərzində “Music Niagara” beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycanın milli rəqs və musiqi proqramlarının təşkilinin artıq ənənə halı aldığını bildirib. Bunun Kanadada Azərbaycan mədəniyyətinin tanınması, eləcə də ölkələrimiz arasında mədəniyyətlərarası münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm