II Bakı Beynəlxalq İdman Filmləri Festivalı keçiriləcək
Bizi izləyin

Tabloid.az

II Bakı Beynəlxalq İdman Filmləri Festivalı keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə noyabrın 17-22-də Nizami Kino Mərkəzində II Bakı Beynəlxalq İdman Filmləri Festivalı (BBİFF) keçiriləcək.

Publika.az-ın məlumatına görə, festivalın məqsədi bütün idman növlərinə həsr olunmuş, idmanın inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirməkdir.

Festival 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları ərəfəsində ölkəmizin idman potensialına diqqəti cəlb etməyi də qarşısına məqsəd qoyub. Təqdim olunan filmləri kinematoqrafçılar və idman ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Münsiflər heyəti 5 kateqoriya üzrə (idman və dünya, idman və şəxsiyyət, bədii film, TV filmləri və proqramları, milli film) üç filmi müəyyən edəcək.

Qaliblər üçün diplom, priz və pul mükafatları nəzərdə tutulub. Festivalın ən yaxşı filminə isə QRAN PRİ veriləcək.

II BBİFF müsabiqə proqramları ilə yanaşı seminarlar, film müəllifləri ilə idman mütəxəssisləri və KİV təmsilçiləri arasında müzakirələr keçirəcək. Filmləri festivala www.bisff.az saytı vasitəsilə təqdim etmək mümkündür.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm