Röya hansı telekanala qadağa qoydu?
Bizi izləyin

Tabloid.az

Röya hansı telekanala qadağa qoydu?

Estrada ulduzu Röya Ayxan “Türk Music Box”a (TMB kanalı) qağada qoyub.

Buna səbəb kanalda yayımlanan "Fan savaşları" yarışmasında bu dəfə Aygün Kazımova ilə Röya Ayxan pərəstişkarlarını üz-üzə qoyulmasıdır. Röya yarışmadan da imtina edib.

Bunu Publika.az-a açıqlamasında ifaçının mətbuat katibi Türkan Məmmədli deyib: "Röya Ayxan daha böyük və nüfuzlu yarışmalarda iştirak etməyə qərarlıdır. Əlbəttə, TMB-yə hörmətimiz var, çox sağ olsunlar. Amma belə yarışmalara ayıracaq zamanımız yoxdur. Röya xanım bu yarışmada iştirak etmək istəmir. Daha bir qərarı isə birbaşa “Türk Music Box”la bağlıdır. Röya xanım, ümumiyyətlə, bu kanalda kliplərinin yayımlanmasına qarşıdır. Ümidvarıq, kanal rəhbərliyi bizi düzğün anlayar və inciməz".


Mətbuat katibi Röyasevərlərə də müraciət etdi: "Heç bir fanat özünə əziyyət verib, veriliş üçün səs verməsin. Bu da müğənninin şəxsi istəyidir".

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm