Azərbaycanda şirniyyat festivalı
Bizi izləyin

Tabloid.az

Azərbaycanda şirniyyat festivalı

Azərbaycanın Şəki şəhərində ilk dəfə olaraq Beynəlxalq ənənəvi şirniyyat festivalı keçirilir.

ANS PRESS-in məlumatına görə, iyulun 20-də axşam saatlarında Şəki şəhərindəki XVIII-XIX əsrlərə aid tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana kompleksinin həyətində Beynəlxalq ənənəvi şirniyyat festivalı başlayıb.

Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən festivalda 6 ölkədən, həmçinin respublikamızın 23 şəhər və rayonundan şirniyyatçılar iştirak edir.

Burada düzənlənən sərgilərdə qənnadıçıların əvvəlcədən hazırladıqları müxtəlif çeşiddə şirniyyat məhsulları nümayiş etdirilir.

Bu dəqiqələrdə mehmanxana kompleksinin həyətində festivalın rəsmi açılış mərasimi keçirilir.

Sərgilərlə tanışlıqdan sonra festivalda fərqlənənlərə mükafatlar təqdim olunacaq.

Festivala rəngarəng konsert proqramı ilə yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm