Aparıcının səhhəti pisləşdi
Bizi izləyin

Tabloid.az

Aparıcının səhhəti pisləşdi

Hazırda həbsdə olan tanınmış teleaparıcı İlham Mirzəyevin səhhətində problemlər yaranıb. Onun ayaqlarının tutulduğu bildirilir.

Teleaparıcının vəkili Xanlar Bayramzadənin verdiyi məlumata görə, teleaparıcı saxlanıldığı Bakı İstintaq Təcridxanasının tibb məntəqəsinə yerləşdirilib.

Vəkilin sözlərinə görə, Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə (dələduzluq) təqsirləndirilən İlham Mirzəyevin istintaqı davam edir.

Xatırladaq ki, İlham Mirzəyev 10 aprel 2014-cü il tarixində Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun rəhbərlik etdiyi "İlhamed" klinikasının fəaliyyətində yol verdiyi qanunsuzluqlarla bağlı saxlanıldığı bildirilir.

İlham Mirzəyev istintaqın gedişatı müddətində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə əvvəlcə 3 ay müddətinə həbs edilmişdi. İstintaq yekunlaşmadığı üçün iyul ayının 5-də onun həbs müddəti 2 ay uzadılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm