Uşaq istəməyən model boşanır (FOTO)
Bizi izləyin

Tabloid.az

Uşaq istəməyən model boşanır (FOTO)

Türkiyədə daha bir məşhur cütlük boşanmaq qərarına gəlib.

ANS PRESS-in məlumatına görə, türkiyəli model Tuba Özay 5 il əvvəl ailə qurduğu italiyalı iş adamı Lüdovik Fattizzo ilə yollarını ayırıb. Buna səbəb olaraq isə həyat yoldaşının modeldən İtaliyada onunla birlikdə yaşamağını və uşağı olmasını istəməsidir.

Bu barədə açıqlama verən Tuba boşanmaq üçün artıq vəkil tutduğunu bildirib:

"5 ildir gah İtaliyada, gah da Türkiyədə yaşayıram. Lüdovik onun yanına köçməyimi söylədi, amma mən ölkəmi tərk etmək istəmirəm. Həm də ki, uşağımızın olmasını tələb edirdi, mən isə buna razı deyiləm. O deyir ki, mən karyeramı ailədən üstün tuturam. O, Türkiyəyə gəlmək istəmir, mən də İtaliyaya getmirəm. Bu məsələnin tez bitməsi üçün artıq vəkil də tutmuşuq".

Qeyd edək ki, T.Özay evlənərkən nikah müqaviləsi bağladıqları üçün heç bir maddi təzminat tələb etməyəcəyini deyib: "Hazırda İtaliya qanunlarına uyğun boşanmağa çalışırıq. Ayrılarkən bir-birimizdən heç nə tələb etməyəcəyik", - deyə model son sözünü vurğulayıb.




Oxumağa davam et
Reklam
Reklam

Gündəm