Sərdar Ortaç azərbaycanlı müğənnini seçdi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Sərdar Ortaç azərbaycanlı müğənnini seçdi - FOTOLAR

Tanınmış müğənni Zarina Məmmədova türkiyəli ulduz Sərdar Ortaçla bir səhnəni bölüşəcək.

Publika.az-ın məlumatına görə, Nahid Emiloğlunun təşkilatçılığı ilə 27 sentyabr tarixində Yaşıl Teatrda baş tutacaq konsertdə ön səhnə Zarina Məmmədovaya məxsusdur. Konsertin aparıcısı Zaur Nəbioğlu olacaq. Ancaq ifaçının yenilikləri tək hazırlaşdığı konsertlə bitmir. Hazırda radio dalğalarında Zarinanın ifasında illər öncə dinlədiyimiz “Dəlilik” mahnsının remix variantı və “Her ortamda” adlı türk mahnısı səslənir.

Zarina həmçinin yeni mahnı üzərində çalışır. O, musiqisi Elçin Cəfərova, sözləri Azər Şirinə məxsus “Niyəsi yoxdur” adlı mahnı hazırlayır: “Yeni ifam fərqli olacaq. Elçinlə Azər birgə mükəmməl bir mahnı ərsəyə gətirib. Çox inanıram ki, bu mahnı sözün əsl mənasında hit olacaq. Dinləyicilər bu ifamı 27 sentyabr Yaşıl Teatrda dinləyəcəklər”.

Onu da qeyd edək ki, Zarina hazırda İstanbul şəhərində dincəlir. İfaçı yaxın zamanda vətənə dönüb işlərinə davam edəcək.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm