Bu da Vüqarın Kənan haqda “demədiyi” təhqirlər – Video
Bizi izləyin

Tabloid.az

Bu da Vüqarın Kənan haqda “demədiyi” təhqirlər – Video

Tanınmış rejissor Kənan M.M-i polisə verdiyi ərizə əsasında həbs etdirən Vüqar Muradov iyulun 23-də Axar.az-da dərc olunan müsahibəsində qarşı tərəfin ünvanına təhqiredici ifadələr işlətmişdi.

V.Muradov həmçinin müsahibə zamanı dediyi “mənəm-mənəm deyənlərin arvadları pis yola düşür” ifadəsinin də ona məxsus olmadığını bildirmiş və buna görə saytla əməkdaşlıq edən jurnalisti, həmçinin saytı kobud sözlərlə təhqir etmiş, hədələmişdi.

Qeyd edək ki, müsahibə tirajlanarkən müğənni Vüqar Muradovun Kənan M.M və onun dostları haqqında dediyi təhqiramiz sözlərin əksəriyyəti redaktə olunmuşdu. İndi isə V.Muradovun dediyi sözləri onun öz dilindən olduğu kimi təqdim edirik.

Xatırladaq ki, hətta redaktəli təqdim edilən bu müsahibə də Kənan M.M-in narazılığına səbəb olmuş və o, Vüqar Muradovun üzr istəməsini tələb etmişdi.

(Müsahibənin 42 dəqiqəlik tam mətnini də zərurət yarandığı an tirajlamağa hazırıq).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm