Azərbaycan filmi Venesiya festivalında – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Azərbaycan filmi Venesiya festivalında – FOTOLAR

Rejissor Elçin Musaoğlunun çəkdiyi “Nabat” tammetrajlı bədii filmi avqustun 27-dən sentyabrın 6-dək keçiriləcək 71-ci Beynəlxalq Venesiya kinofestivalında nümayiş olunacaq. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilib.

Publika.az-ın məlumatına görə, ekran əsəri festivalın əsas müsabiqəsindən sonra ikinci vacib bölməsi olan “Horizontlar” (Orizzonti) proqramında iştirak edəcək.

Bu proqramda yeni tendensiyaların əks olunduğu bədii və sənədli filmlər nümayiş olunur. Ən yaxşı bədii və sənədli filmlərə görə mükafat verilir.

Qeyd edək ki, proqramda E. Musaoğlu ilə yanaşı, 16 rejissorun filmi yarışacaq. Proqrama eyni zamanda dünyaşöhrətli İran rejissoru Mohsün Malmalbafın “Prezident” filmi də daxildir.
Festival meksikalı rejissor Alexandro Qonsales İnyarittunun “Berdmen” komediyası ilə açılacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm