Zarina şəhidlərə görə üzr istədi
Bizi izləyin

Tabloid.az

Zarina şəhidlərə görə üzr istədi

Gənc müğənni Zarina Məmmədova bu səhər efirə çıxdığı üçün şəhid ailələrindən üzr istəyib.

Publika.az-a danışan ifaçı, əsgərlərimizin şəhid olmasından xəbərsiz olduğunu bildirib:

“İnsanları qınamaq çox asandı. Özlərini həmin insanın yerinə qoysunlar, o zaman nə baş verdiyini anlayarlar. Səhər efiri olduğuna görə evdən tələsib çıxmışam, xəbər oxumağa vaxtım olmayıb. Nə verilişdən əvvəl, nə veriliş ərzində əsgərlərimizin şəhid olması haqda hər hansı məlumatım olub. Verilişdən çıxıb evə gələndən sonra bu haqda xəbər tutmuşam. Mən azərbaycanlıyam. Heç bir azərbaycanlı bu xəbəri bilib verilişdə ritmik mahnı oxumaz, oynamaz, gülməz, danışmaz. Bilmədən efirə çıxmışam, mənim heç bir günahım yoxdur. Ailəsində itki baş verən bütün ailələrdən üzr istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət etsin, ailələrinə səbir versin. Vətən sağ olsun, Allah qalan bütün əsgərlərimizi qorusun. Bu olanlara mən də çox üzülürəm”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm