"Mən evə qayıdıram" filminin təqdimatı olub
Bizi izləyin

Tabloid.az

"Mən evə qayıdıram" filminin təqdimatı olub

Azərbaycan gənclərinin böyük bir hissəsini öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Vətənpərvərlik hisslərini hər zaman gənclərə aşılayan YAP Gənclər Birliyinin ofisində şəhidlərimizin ruhuna ehtiram olaraq növbəti toplantı keçirilib.

Birlikdən Trend-ə verilən məlumata görə, bu gün YAP Gənclər Birliyinin ofisində baş rolun ifaçısı Emil Bədəlovun iştirakı ilə "Mən evə qayıdıram" adlı vətənpərvərlik ruhunda çəkilən bədii filmin təqdimatı olub.

Qeyd edək ki, "Mən evə qayıdıram" filmində ilk dəfə Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələrin səmada düşmən texnikası ilə mübarizəsi əks olunub.

Tədbiri YAP Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov açıq elan etdikdən sonra söz qonaq E.Bədəlova verilib, daha sonra gənclər öz sualları ilə diskussiyanı davam etdiriblər.

Tədbirin rəsmi hissəsindən sonra filmin təqdimatı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm