Tabloid.az
Bütün dünyanın gözü Azərbaycanda...
Şəhidlərimizin xatirəsinə hörmət əlaməti olaraq 89-cu
"Miss Globe International" gözəllik müsabiqəsinin də final tarixi
dəyişdirilib.
Yarışmanın direktoru Savaş Agca 89-cu final tarixi barədə ANS
PRESS-ə açıqlama verib. O, bildirib ki, müsabiqənin finalı bu ilin
avqust ayının 27-si "Baku Crystal Hall"da baş tutacaq. Müsabiqəyə
möhtəşəm şou ilə açılış ediləcək.
Bundan əlavə olaraq vurğulayıb ki, həmin gün demək olar ki, bütün
dünyanın gözü Azərbaycanın paytaxtı Bakı şəhərində olacaq.
Təşkilatçı onu da qeyd edib ki, "Miss Globe International" haqda
ancaq onun mətbuata açıqlama vermə hüququ var. Mətbuatda müsabiqə
haqda yazılacaq digər xəbərlər əsassızdır.
Xatırladaq ki, "Miss Globe International 2014"ün Azərbaycan üzrə
rəsmi tərəfdaşı "Z Company 2007" şirkətidir. Müsabiqənin
keçirilməsi üçün tərəflər rəsmi şəkildə müqavilə imzalayıblar.
Təşkilatçılar müsabiqə ilə bağlı həftənin 1-ci günü saat 15:00-da
"Baku Crystal Hall"un konfrans zalında mətbuat konfransı
keçirəcəklər. Konfrans zamanı müsabiqə ilə bağlı bütün suallara
Savaş Ağca geniş açıqlama verəcək.
Savaş bəy bəzi mətbuat orqanlarında müsabiqənin təxirə düşməsi
barədə yazılan fikirlərə də aydınlıq gətirib:
"Müsabiqənin təxirə düşməsi haqda söhbət gedə bilməz. Sadəcə bəlli
səbədən tarixi dəyişdirilib. Biz bu müsabiqəni Azərbaycanda
keçirməklə bir daha qardaş ölkəmizi dünyaya tanıtmaq məqsədindəyik.
Hər kəsi müsabiqəyə tamaşa etməyə dəvət edirik".
Müsabiqədə qonaq qismində tanınmış simalar Demet Akalın, Gökhan
Özen, İnna, Kaan&Radio Killer, Lolita, Gürkan Uygun, Asena və
başqaları iştirak edəcəklər. Aparıcı Türkiyənin tanınmış aktrisa və
aparıcısı Burcu Esmersoy olacaq. Bundan başqa, tanınmış dəb ustası
Barboros SANSAL və başqa süpriz isimlər də müsabiqəyə təşrif
edəcəklər. Müsabiqəni işıqlandırmaq üçün Türkiyədən Kanal D
magazin, Star magazin, Show Tv magazin, Tv8 Magazin proqramlarının
çəkiliş qrupu da gələcək. Müsabiqəmizin şüarı "Dünya Azərbaycana
gəlir" adı altındadır.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB